Azərbaycanda pul bazası bir ildə 12 %-dən çox artıb

Bu il dekabrın 1-nə Azərbaycanda pul bazası 20 milyard 576,8 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankının aylıq əsasda yenilədiyi məlumata görə, bu, noyabrın 1-i ilə müqayisədə 0,5 % çoxdur.
Ölkədə pul bazası ilin əvvəlinə nisbətən 1,4 % azalıb, son 1 ildə isə 12,2 % artıb.