Bank

Azərbaycanda problemli kreditlərin məbləği artıb

Bu il noyabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 479,8 milyon manat təşkil edib.

 Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, bu, oktyabrın 1-i ilə müqayisədə 0,1 % azdır.

Bununla belə, ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 9,6 %, son 1 ildə isə 8,95 % artıb.

Noyabrın 1-nə vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,7 % təşkil edib. Bu nisbət oktyabrın 1-nə də 1,7 %, ilin əvvəlinə 1,8 %, ötən il noyabrın 1-nə isə 1,9 % olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)