Sosial iqtisadiyyat

Vergi Xidməti bazarlara nəzarəti gücləndirəcək - YENİLİKLƏR NƏDİR?

Hər il vergi inzibatçılığının təkmilləşdirilməsi üçün müəyyən tədbirlər həyata keçirilir.

ENA.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva bildirib.

"Bazarlara nəzarətin gücləndirilməsi gələn ildən aktual istiqamətlərdən biridir. Çünki mikro və kiçim sahibkarlar bazarlarda daha çox təmsil olunurlar. 
Hər bir mikrosahibkar həm də bazar mülkiyyətçisidir və operatorudurlar. Biz onlardan bazardakı obyektin uçotunu təmin etməlidir. Yəni bazarın sahibi həmin bazarda yalnız vergi uçotunda dayanan sahibkarın işləməsinə icazə verməlidir. Həmin sahibkarların icarə müqaviləsi də öz həllini tapmalıdır. Bu sahibkarın vergi yükünü artırmır, vergi uçotunun  aparılmasını təmin edəcək. Uçotsuz obyektlərə isə 2 min manat həcmində sanksiya tətbiq ediləcək",- deyə o qeyd edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)