Avtomobil

Bakı Nəqliyyat Agentliyi bu ərazilərə də kamera quraşdıracaq - SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ!

“Bu günədək BNA tərəfindən 100-ə yaxın məntəqədə qanunsuz parklanmaya intelektual nəzarət sisteminin kamerası quraşdırılıb”.

Bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbaut katibi Mais Ağeyev bildirib.

M.Ağayev deyib ki, kameralar təhlillər əsasında quraşdırılır:

“Ümumilikdə ilkin mərhələdə 360-a yaxın belə kameranın quraşdırılması planlaşdırılır. Təhlillər aparılır yollarda daha çox tıxaca səbəb olan süni amillərin olduğu küçələrdə quraşdırılır”.

BNA rəsmisinin sözlərinə görə, növbəti mərhələdə Koroğlu metrostansiyasının ətrafında, 20 yanvar dairəsi, Alatava istiqamətində, Müzəffər Həsənov küçəsində, Şamaxinka adlanan ərazidə də kameralar quraşdırılacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)