Britaniyanın Baş naziri də Bakıya GƏLİR
Britaniyanın Baş naziri Kir Starmer Bakıya gələcək.
Bu barədə"Bloomberg" nəşri xəbər verir.
O, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün Azərbaycana səfər edəcək.
Qeyd edək ki, COP29 konfransı 11 noyabrda başlayacaq. Dünyanın 100-dən çox ölkəsinin liderinin tədbirdə iştirak edəcəyi gözlənilir.