Müdafiə Nazirliyinin generalı vəzifəsindən azad olundu - Yerinə təyinat
Müdafiə Nazirliyində daha bir yüksəkrütbəli general işdən azad olunub.
ENA.az “Unikal”a istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin Kadrlar İdarəsinin rəisi, general-mayor Elçin Xəlilov tutduğu vəzifədən azad olunaraq sərəncama götürülüb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, generalın yerinə artıq təyinat da var. Başqa əmrlə polkovnik Azər Heybətli sözügedən idarənin rəisi təyin edilib.
Azər Heybətli Azərbaycanın Böyük Britaniyadakı hərbi attaşesi olub.
Qeyd edək ki, general Elçin Xəlilovun qardaşı Fuad Xəlilov da Ali Hərbi Məktəbin maliyyə xidmət rəisi işləyib. Bir müddət əvvəl Fuad Xəlilov Müdafiə Nazirliyindəki 143 milyonluq yeyinti ilə bağlı məhkəmədə şahid qismində ifadə vermişdi.