Bakı bulvarında gəmi gəzintisi bərpa edildi – Qiymətlər
Bakı bulvarında gəmi gəzintisi bərpa edilib.
Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Əfsanə Mehdiyeva deyib ki, insanların marağı, uzun müddət gözləməsi nəzərə alınaraq, Dənizkənarı Bulvar İdarəsi tərəfindən gəzintinin əvvəlki qiymətlərinin saxlanılması qərarı verilib.
O vurğulayıb ki, qiymətlər gəmidə yerinə görə 5-10 manat arasında dəyişir.
“Bu qiymətlər 2015-ci ildə müəyyənləşən qiymətlərdir. Nəzərə çatdıraq ki, gəminin istismar xərclərinin artmasına baxmayaraq, qiymətlər 10 il əvvəlki qiymətlər olaraq saxlanıldı. Bundan əlavə, 6 yaşına qədər uşaqlar üçün gəmidə gəzinti tam ödənişsizdir.
Su nəqliyyatında təhlükəsizliyi Polis İdarəsi və Dənizkənarı Bulvar İdarəsinin Mühafizə Xidməti təmin edir”, -deyə Ə.Mehdiyeva bildirib.
Qeyd edək ki, gəzintinin müddəti 35-40 dəqiqə çəkir.