Aqrar

Kiloqramı 200-3500 avro olan bu məhsula niyə biganəyik?

Türkiyədə yaşayan yaxın yoldaşlar çoxdan idi ki, bu mövzunu soruşurdular. Deyirdilər ki, Azərbaycanda dəyər verilməyən bu göbələyin qiyməti xaricdə "ceyran belinə" qalxıb. Göbələk haqda qısa məlumat:" Trüf göbələyi yerin altında yetişir, müxtəlif adlarla tanınır. Azərbaycanda, Türkiyədə “dombalan”, Fransada “Truffe”, İtalyada “Tartufi”, İspanyada “Trufa”, İngiltərədə “Truffle” və s. Yerin 20 sm dərinliyində bitən bu göbələk meşə ərazilərində, fındıq, şam, şabalıd, ihlamur kimi ağaçların dibində yayılır, ağac köklərinə yaxın yerlərdə yetişmə səbəbi isə ağac köklərini əmərək oradan şəkər və başqa bir çox turşu və lazımi maddələri çəkməsidir. 

"BI" xəbər verir ki, bu sözləri kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli bildirib.

O əlavə edib ki, tərkibindəki vitaminlərə, qidalılıq dəyərinə görə göbələyin qiyməti çox bahadır. Dünyanın lüks restoranlarının menyüsünə daxil edilmiş göbələyin kiloqramı 200-3500 avro arasında dəyişir. Qara kürüdən sonra dünyada ən bahalı qida sayılır. Fransız və italyan mətbəxində lider mövqe tutan göbələk bütün yeməklərin hazırlanmasında istifadə olunur, xüsusi dad verir. Restoranlarda göbələkdən hazırlanmış yeməyin porsiyonu 100 avro təşkil edir, bu cür yeməklərə “Krallar yeməyi” adı verilib. İnsan sağlamlığına faydaları cinsi gücü artırması ilə izah olunur, ekoloji baxımdan təmiz məhsuldur. Tərkibindəki protein, mineral maddə miqdarı baxımından digər göbələkləri qabaqlayır, 76 % su, 9 % protein, 7 % karbohidrat və 8 % minerallardan ibarətdir. Peyğəmbərimiz Məhəmməd (s.ə.v) göbələyi şəfa mənbəyi adlandırmış, İbn Sîna fiziki zəiflik, qursma, ağrı və yaraların sağaldılması üçün tövsiyyə etmişdir.

Kosmetika sənayesində də böyük təlabat olan göbələyin illik dövriyyəsi 6 milyard dollardır, ildən-ilə istehsal həcmi aşağı düşdüyü üçün qiyməti getdikcə bahalaşacaq. Bu gün dünyada cəmi 100 ton bu göbələkdən istehsal olunur, həcminin azalması meşə ərazilərinin azalması ilə izah olunur. 

Dünyada göbələyin 70 növü bilinir, lakin “qara almaz” adını almış növünə daha böyük təlabat var. Fransada açıq sahədə artırılaraq kütləvi satışı həyata keçirilir. Türkiyədə də artırılması ilə bağlı elmi araşdırmalar aparılır".

Qeyd edək ki, haqqında bəhs edilən göbələklər Azərbaycanda yalnız Arazboyu zonalarda, Aran Qarabağ və digər ərazilərində olur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department