"İtaliya avronu mühakimə etməkdən əl çəkməli və səsinin tonunu aşağı salmalıdır"
İtaliya avronu mühakimə etməkdən əl çəkməli və səsinin tonunu aşağı salmalıdır.
Bİ.az xəbər verir ki, bunu Avropa Mərkəzi Bankının prezidenti Mario Dragi İtaliya hökumətinin defisitli büdcə layihəsinə münasibətində deyib.
Qeyd edək ki, İtaliya hökumətinin gələn il üçün nəzərdə tutduğu büdcə layihəsinin defisiti ümumdaxili məhsulun 2.4 faizini təşkil edir.
Avropa Komissiyası isə, hesab edir ki, büdcə defisiti Ümumdaxili Məhsulun Həcmindən ən pis halda 1.9 faizdən artıq olarsa, bu, İtaliya iqtisadiyyatına heç bir xeyir gətirməyəcək.
Dragi rəsmi Romaya xəbərdarlıq edərək bildirib ki, İtaliya növbəti dəfə maliyyə böhranı ilə üzləşərsə, Avropa Mərkəzi Bankından onu xilas edəcəyini gözləməməlidir.
“İlk olaraq hər kəs səsinin tonunu aşağı salmalıdır. Daha sonra bir faktların nə olduğuna baxmalıyıq”. Dragi belə deyib.
Qeyd edək ki, İtaliyada bir sıra siyasi liderlər ölkə avro zonasını tərk edəcəyi təqdirdə bunun iqtisadiyyata daha faydalı olacağını bildirirlər.
Romanın defisitli büdcəsi İtaliyanın səhm bazarına mənfi təsir göstərib.
İtaliyada hazırda dövlət borcu göstəricilərinə görə Avropada ilk sırada gəlir. Ölkədə işsizlik səviyyəsi 29 faiz təşkil edir.
Rəsmi Roma büdcə layihəsini 20 oktyabra qədər Brüsselə təqdim etməlidir.