Bank

Sentyabrda vaxtı keçmiş kreditlərin həcmi 1,5 % artdı

Bu il oktyabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 480 milyon manat təşkil edib. Bu, sentyabrın 1-inə 473 milyon manat idi və bir aylıq müqayisədə 1,5 % çoxdur.

Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 9,6 % artıb, son 1 ildə isə 7,65 % azalıb.

Oktyabrın 1-nə vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,7 % təşkil edib. Bu nisbət sentyabrın 1-nə də 1,7 %, ilin əvvəlinə 1,8 %, ötən il oktyabrın 1-nə isə 2,4 % olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)