Gündəm

İran Mərkəzi Bankı Rusiya ilə hesablaşmalarda ofşor rialı işə salıb

İran Mərkəzi Bankının sədri Məhəmməd Rza Fərzin bildirib ki, ofşor rial tezliklə Rusiya ilə ticarət əməliyyatlarında istifadə olunacaq. Həmçinin bu gündən, iyunun 23-dən etibarən İranda rəqəmsal rial dövriyyəyə buraxılıb və hələlik Kiş adasındakı azad ticarət zonasında istifadə olunacaq.

İran Mərkəzi Bankının verdiyi məlumata görə, ticarət əməliyyatlarında ofşor rialdan istifadə məsələsi Rusiya, Əfqanıstan və İraqla müzakirə olunub. Rusiyaya gəlincə, mayın 13-də iş demək olar ki, başa çatıb: İran və Rusiya Federasiyasının Mərkəzi Bankları rial və rublu ölkələr arasında ticarət balansına uyğun bir səviyyəyə dəyişdirmək barədə razılığa gəliblər. Ofşor rial ticarət hesablaşmalarında avro və dollardan istifadənin azaldılması və milli valyutanın möhkəmlənməsi məqsədilə tətbiq edilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)