Yelo Bank filiallarında xidmət vaxtı uzadıldı
Müştəri rahatlığını ön planda tutan Yelo Bank xidmətlərini daha əlçatan etmək üçün mühüm addım atıb. Artıq bank əməliyyatlarını qeyri-iş saatları və həftəsonu da rahatlıqla həyata keçirə bilərsiniz. Yeni dəyişikliklərə əsasən, Bankın Sahil və İnşaatçılar filialları həftəiçi 22:00-dək , həmçinin həftəsonuları 10:00-dan 14:00-dək xidmət göstərəcək.
Həftəiçi çatdıra bilmədiyiniz debet kart sifarişi, əmanət yerləşdirmək, kredit müraciəti, hesaba mədaxil/məxaric və digər gündəlik bank xidmətlərindən həftəsonu və işdən sonra Sahil və ya İnşaatçılar filialına yaxınlaşaraq faydalana bilərsiniz. Yelo Bank vaxtınıza dəyər verir və daha parlaq bank təcrübəsi üçün hər zaman yanınızdadır. Qeyd edək ki, uzadılmış iş saatlarında fiziki şəxslər üçün nəzərdə tutulmuş bank xidmətləri göstəriləcək. Daha ətraflı məlumat üçün: https://bit.ly/48kkrPY
Bank xidmətləri (https://www.yelo.az/az/individuals/online-services/loan_request/) haqqında əlavə suallarınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!