TuranBank nizamnamə kapitalını artırdı

"TuranBank" ASC nizamnamə kapitalını artırıb. ENA.az xəbər verir ki, Bank bu ilin üçüncü rübündə nizamnaməsinə əlavə 20 milyon manat qoyub. Beləliklə, bankın nizamnamə kapitalı 80+20=100 milyon manat olub.
Qeyd edək ki, bankın məcmu kapitalı minimum 50 milyon manat tələbə qarşı 120 milyon 703 min manatdır. Məcmu kapitalın adekvatlıq əmsalı isə 15,54%-dir.