Sığorta

Taleh Kazımov: "Yeni iqtisadi mərhələdə sığorta sektorunun rolu böyükdür"

Azərbaycan iqtisadiyyatı yeni mərhələyə qədəm qoyub və burada maliyyə, o cümlədən sığorta sektorunun rolu böyükdür.

ENA.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov Bakıda keçirilən Azərbaycan Beynəlxalq Sığorta Forumunda ("Azerbaijan International Insurance Forum" - AIIF-2024) bildirib.

O, həmçinin deyib ki, son 3 ildə sığorta sektorunun aktivləri 34,2 %, balans kapitalı isə 7,7 % artıb.

"Bu müdətdə ölkədə sığorta haqları 67,8 % artaraq 1 milyard 222,537 milyon manata, sığorta ödənişləri isə 26,3 % artaraq 587,325 milyon manata çatıb", - deyə o qeyd edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)