Ramil Usubov generalın oğluna vəzifə verdi

Daxili işlər Nazirliyində kadr dəyişikliyi olub.
"BI"nin əldə etdiyi məlumata görə, müvafiq əmri daxili işlər naziri, general-polkovnik Ramil Usubov imzalayıb.
Sənədə əsasən, Əli Əsədullayev Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsinə rəis müavini təyin edilib.
Xatırladaq ki, Ə.Əsədullayev Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin sabiq rəisi, polis general-mayoru Şərif Əsədullayevin oğludur.