Sosial iqtisadiyyat

Ülvi Mehdiyev: “ASAN Finans” vətəndaşlara maliyyə xidmətləri göstərəcək

Biznes və vətəndaşların ona lazım olan informasiyanı əldə etməsi üçün  Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi bir neçə layihənin üzərində işləyir. Bunlardan biri "ASAN Finans layihəsinin təqdimatı  “Rəqəmsallıqla Reallığa” adlı tədbir çərçivəsində təqdim edildi.

"BI" xəbər verir ki, Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin sözlərinə görə, Elektron Hökumət İnformasiya Sisteminin alt-sistemi olan “ASAN Finans” sistemi vasitəsi ilə fərdi sahibkarlar üçün banka getmədən bankın müştərisinə çevrilmək imkanı yaradılıb. Sistemin əsas məqsədi rəqəmsal həllərin maliyyə sahəsinə tətbiqi ilə müştərilərin vaxta, maliyyə qurumlarının isə resurslara qənaət etməsi ilə fasiləsiz və məsafəsiz xidmət göstərilməsini təmin etməkdir. 


Ü.Mehdiyev qeyd etdi ki,  “ASAN Finans” layihəsi ona inteqrasiya olunmuş təşkilatların yeniliklərinə dəstək verir. Beləliklə də, vətəndaşlar rəqəmsal mühitdə özlərinə aid məlumatları “ASAN Finans” sisteminə inteqrasiya olunmuş təşkilatlara elektron formada yönləndirə bilirlər.
Eyni zamanda    “ASAN Finans” layihəsi, eyni zamanda vətəndaşların müraciətlərinin qurumlar tərəfindən operativ şəkildə təmin olunmasına da öz müsbət təsirini göstərir. Belə ki, mövcud sistemdə qurumlar vətəndaşın icazəsi olduğu təqdirdə “ASAN Finans” sistemi vasitəsilə onun haqqında məlumatları rahatlıqla əldə edə bilir. Bununla da qurumlar vaxta və resurslara qənaət etmiş olur.
"Bu platforma kredit bürosu üçün də baza rolunu oynayacaq. Burada hər bir şəxsin fin kodu olacaq və burada onunla bağlı bütün məlumatlar formalaşacaq. 

"Paşa Bank" ASC-nin İdarə heyətinin sədri Taleh Kazımovun sözlərinə görə, bu sistem vasitəsilə istənilən şəxs 5 dəqiqə ərzində bank hesabı açdıra biləcəklər. Bəs, bu sistem işləyə biləcəkmi? 
T.Kazımov hesab edir ki, hazırda rəqəmsallaşma sürətlə artır və bank xidmətlərindən elektron şəkildə istifadə 
20 faizə çatıb, bu isə o deməkdir ki, sistemin istifadəsinə tələbat yüksəkdir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)