Sentyabr ayında hərraclarda nə qədər dollar satıldı? - RƏSMİ
Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2024-cü ilin sentyabr ayı ərzində 732,3 milyon ABŞ dolları məbləğində vəsait satılıb.
Fondun məlumatına görə, bu ilin avqust ayında 763,0 milyon ABŞ dolları, 2024-cü ilin iyul ayı ərzində 826,3 milyon ABŞ dolları məbləğində vəsait satılıb.
Rəqəmlər göstərir ki, son üçüncü ayda dollar satışının həcmi ümumilikdə azalma tendensiyası göstərib.
Ümumilikdə isə 2024-cü ilin ikinci yarısından hərraclarda valyuta satışının həcmində kəskin artım mövcuddur.