DSMF-nin büdcəsi 30 milyon manat artırılır
![](https://ena.az/uploads/news/2024-05/_ena_cf72ffdd97a9be8f91b2a0f58_o.jpg)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2024-cü il üzrə büdcəsinin gəlirləri və xərcləri 30 milyon manat artırılır.
Məlumata görə, bu, “Dövlət Sosial Müdafiə Fondunun 2024-cü il büdcəsi haqqında” qanuna dəyişikliklə bağlı qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, Fondun büdcəsi 0,4 % artırılaraq 6 milyard 919,9 milyon manatdan 6 milyard 949,9 milyon manata çatdırılır.