Gündəm

İranla Ermənistan Araz üzərində ikinci körpünü tikir

İran və Ermənistan Araz çayı üzərində tikiləcək ikinci körpünün texniki məsələlərinin müzakirəsini davam etdirir.

ENA.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin mətbuat xidməti bildirib.

Məlumata görə, bu ilin mayında layihənin həyata keçirilməsi məqsədilə işçi qrup yaradılıb.

Vurğulanıb ki, Araz çayı üzərindən Ermənistanın yeni körpünün çəkilməsi 2023-cü ilin sonunda planlaşdırılıb. Mövcud körpü 1995-ci ildə tikilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)