Neft Fed qərarından təsirlənərək ucuzlaşdı - QİYMƏT (19.09.2024)
Neft ABŞ-da zəif tələb və FED-in kəskin faiz endirimindən sonra ucuzlaşıb. Bugün neft müsbət zonaya keçsə də Brent fyuçersləri 73 dollar/barelə, ABŞ xam nefti isə 70 dollara yaxınlaşır.
Enerji İnformasiya Administrasiyasının çərşənbə günü açıqladığı məlumatlara görə, ABŞ-ın benzin tələbi 9 milyon bareldən aşağı düşüb və təyyarə yanacağı istehlakı ardıcıl üçüncü həftə azalıb.
Qlobal indeks isə bu rübdə Çinin iqtisadi yavaşlaması və bol qlobal tədarüklə bağlı narahatlıqlar səbəbindən təxminən 15 faiz azalıb.
ABŞ-ın ehtiyatlarının azalması da neft qiymətlərinin yüksəlməsinə müəyyən təkan verə bilər. EIA məlumatlarına görə, Oklahoma ştatının Cushing şəhərindəki əsas saxlama mərkəzində xam neft ehtiyatları beş illik mövsümi ortalamadan əhəmiyyətli dərəcədə aşağıdır.
Vanda Insights-ın Sinqapurdakı qurucusu Vandana Hari, "Bu həftənin əvvəlində xam neftin dayanıqlılığı FED-in əsas faiz dərəcəsini endirəcəyi gözləntiləri ilə bağlı idi", - deyib.