MALİYYƏ

Rusiya iqtisadiyyatına 40 milyard dollar həcmində investisiya qoyacaq

 Yaxın 5-7 il ərzində xarici investorlar Rusiya iqtisadiyyatına 40 mlrd. ABŞ dolları məbləğində investisiya qoyacaq. 

Bİ.az xəbər verir ki, bu barədə ölkənin Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyev məlumat verib. 

Onun sözlərinə görə, investorlar Çin, Cənubi Koreya, Qətər və Səudiyyə Ərəbistanından olmaqla, təxminən, 20 şirkətdir. İnvestisiyalar əsasən, Rusiyanın nəqliyyat infrastrukturuna - avtomobil və dəmir yollarına, hava və dəniz  limanlarına qoyulacaq. Vəsaitin, təxminən, 25%-i texnologiyaların təkmilləşdirilməsinə yönəldiləcək. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department