BİZNES

“Azerconnect”də təyinat olub

“Azerconnect” MMC-də Baş biznes inzibatçısı təyin edilib.

ENA.az xəbər verir ki, bu, Zaur Bayramovdur.

Bu vəzifə ona kommunikasiya şirkətində TV, FinTech, cihazlar, Adtech və ekosistemin inkişafı da daxil olmaqla perspektivli yeni biznesə istiqamətlənmək imkanı yaradacaq.

Z.Bayramov 2024-cü ilin aprelindən bu vəzifəyə təyin edilib.

O, “Azerconnect”ə 2021-ci ilin mayından gəlib. Həmin vaxta qədər isə “Bakcell” MMC-də çalışıb.

Zaur Bayramov Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) maliyyə və audit ixtisası üzrə bakalavr və magistr dərəcələrinə yiyələnib, hazırda isə İspaniyanın Navarra Universitetinin “IESE” biznes məktəbində təhsilini davam etdirir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)