Gürcüstanın Aİ-yə qəbulu dayandırıldı
Gürcüstanın Avropa İttifaqına qəbulu dayandırılıb.
Bu barədə Aİ bəyanat yayıb.
Qeyd edilir ki, Gürcüstanın Avropa İttifaqına daxil olması prosesi faktiki olaraq dayandırılıb.
Qeyd edək ki, Gürcüstanın baş naziri İrakli Kobaxidze ölkəsinin 2030-cu ilə qədər Avropa İttifaqının üzvü olacağını deyib.
Baş nazir bildirib ki, assosiasiyanın gündəliyində və doqquz prioritetdə nəzərdə tutulan şərtlər yerinə yetiriləcək: “2030-cu ilədək Gürcüstan Aİ-nin tamhüquqlu üzvü olmağa namizəd ölkələr arasında ən hazır olan ölkə olacaq”.