Gündəm

PUA təhlükəsinə görə Moskvanın bütün aeroportlarında uçuşlara məhdudiyyət qoyulub

Moskvada yerləşən Vnukovo, Domodedovo, Şeremetyevo və Jukovski hava limanlarında təyyarələrin qəbulu və yola salınmasına müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

Bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) məlumat yayıb.

Agentliyin məlumatına görə, qərar uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə qəbul olunub. Məhdudiyyətlərin nə qədər davam edəcəyi barədə məlumat verilməyib.

Məhdudiyyətlər Moskva və ətrafında Ukrayna PUA-larının hücumu barədə məlumatların yayıldığı vaxt tətbiq edilib. Rusiya rəsmiləri hava hücumundan müdafiə sistemlərinin Moskva istiqamətində PUA-ları vurduğunu bildiriblər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)