“Megafun”ın rəhbəri dəyişdi
Bakıda istirahət və əyləncə məkanlarından olan “YENİ HAYAT Şirkətlər Qrupu” MMC-yə daxil olan “Megafun” MMC-nin direktoru vəzifəsindən ayrılıb.
Məlumata görə, vəzifəsindən ayrılan Vidadi Məmmədov Xəlil oğludur.
“Megafun”a rəhbərlik Ruhiyyə Babayeva Novruz qızına həvalə edilib.
Xatırladaq ki, şirkət 2011-ci ildə “Yeni Həyat Servis” MMC kimi, həmin il adını dəyişərək “Familyland” MMC, 2016-cı ildən isə “Megafun” MMC kimi fəaliyətini davam etdirib. Şirkətin hazırda 1 478 651 manat nizamnamə kapitalı var. Şirkət “YENİ HAYAT Şirkətlər Qrupu” MMC-nin layihəsidir.