Murad Yahyayev: "Kapital və fond bazarı rəqabətdə banklara uduzur"
"Kapital və fond bazarı rəqabətdə banklara uduzur".
ENA.az xəbər verir ki,bunu Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyasının (AFBİA) İcraçı direktoru Murad Yahyayev bildirib.
Onun sözlərinə görə, qiymətli kağızların qeydiyyat müddətinin uzun olmasından tutmuş qanunvericilik sahəsinədək böyük islahatlar aparılacaq və AFBİA bununla bağlı qanunvericilik aktları üzərində işləyir.
Qeyd edək ki, hazırda AFBİA-nın üzvlərinin sayı 14-dür və ölkənin kapital və qiymətli kağızlar bazarı üzrə qurumlar bu təşkilatda təmsil olunurlar.