TURİZM

"Turizm sərgisi ləğv olundu. Qiymətlər çox bahadır" - sahibkarlar ITECA-dan narazıdırlar

Hər il ölkəmizdə keçirilən və çox məşhur olan Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi bu il baş tutmadı. ENA.az xəbər verir ki, bu il olması planlaşdırılan sayca 20-ci sərgi ləğv edilib. Bəs hansı səbəbdən?

Redaksiyamızın turizm sektoru təmsilçilərindən əldə etdiyi məlumata görə, sərgi ötən il də zəif keçirilib və çox az pavilyon açılıb. Sərgidəki pavilyonların, stendlərin qiyməti çox baha olduğundan yerli şirkətlər ümumiyyətlə kənarda qalıb. Bununla bağlı tənqidlər də səsləndirilib.

"Qiymətlər çox bahadır. Hətta keçən il Dövlət Turizm Agentliyi də pavilyonla təmsil olunmamışdı, regionlar isə ümumiyyətlə iştirak etmədilər"

2024-cü ildə 20-ci sərgi üçün qiymətlər yenə baha təklif edilib. Nəticədə builki sərgi üçün yer sifarişləri çox az yığılıb. Bu səbəbdən də sərgi təşkilatçıları maliyyələşdirə bilməyiblər və tədbir ümumiyyətlə ləğv edilib.

“Əslində bu heç yaxşı hal deyil”, - deyə münasibətini açıqlayan sektor nümayəndləri turizm sahəsində fəaliyyət göstərən şirkətlərin bir məkanda, xarici və yerli həmkarlarla görüşməsinin sektorun inkişafı üçün mühüm alət hesab edirlər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)