Azərbaycan vətəndaşları Ukraynada yeni şirkət yaradan əcnəbilər arasında ilk 10-luğa düşüb

2022-ci ildə Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Azərbaycan vətəndaşları Ukraynada yeni şirkət yaradan əcnəbilər arasında ilk 10-luqda qərarlaşıb.
Məlumata görə, son 2 ildə xarici ölkə vətəndaşları Ukraynada 3 mindən çox şirkət yaradıb. Bu şirkətlərin sahibi 101 ölkənin vətəndaşı olub.
Hesabat dövründə Ukraynada ən çox şirkəti Türkiyə vətəndaşları yaradıb. Ukraynada yaradılan şirkətlərin 12,9 %-i və ya 396-sı bu ölkə vətəndaşlarının payına düşüb. Türkiyəni Özbəkistan, Polşa, ABŞ, Qazaxıstan, Almaniya, Azərbaycan, İsrail, Böyük Britaniya və Çin vətəndaşları izləyib.