TURİZM

Türkiyəyə gedənlərdən barmaq izi götürüləcək

Türkiyə ölkəyə daxil olan şəxslərdən barmaq izlərinin götürülməsi layihəsini həyata keçirməyə hazırlaşır.

ENA.az xəbər verir ki, bu barədə “Sabah” qəzeti Türkiyənin daxili işlər naziri Ali Yerlikayaya istinadla məlumat yayıb.

“Daxili işlər naziri gələcək üçün vacib layihəni də açıqlayıb və bildirib ki, Türkiyəyə daxil olarkən, ABŞ və Böyük Britaniyada olduğu kimi barmaq izləri götürüləcək”, - deyə nəşr yazır.

Nazir, həmçinin qeyd edib ki, müvəqqəti qoruma statusu alanların, xüsusən də suriyalıların şəxsiyyət vəsiqələri çiplənəcək. Onun sözlərinə görə, bu vəsiqələri saxtalaşdırmaq mümkün olmayacaq

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)