“Bakı Kart”ın direktoru dəyişdi – YENİ TƏYİNAT
Paytaxtının ictimai nəqliyyatında istifadə olunan “Bakı Kart”ın operatoru – “K Group” MMC-nin rəhbəri dəyişib.
Məlumata görəi, şirkətə Allahverdiyev Məmməd Ənvər oğlu direktor təyin edilib.
O, bu vəzifədə Bayramov Orxan Xanlar oğlunu əvəz edib.
Bundan öncə rəhbər olmuş şəxslər isə Kərimli Nərmin Şahlar qızı və Əliyev Əli Rəşid oğlu olub.
Qeyd edək ki, “K Group” 2014-cü ildə yaradılıb və nizamnamə kapitalı 23 milyon manatdır.