Gündəm

Ukrayna Kurskun 28 yaşayış məntəqəsinə nəzarət edir, 2 minə yaxın insanın taleyi məlum deyil

"Kursk vilayətində vəziyyət mürəkkəbdir, 28 yaşayış məntəqəsi Ukraynanın nəzarətindədir".

TASS xəbər verir ki, bunu Kursk vilayətinin qubernator səlahiyyətlərini icra edən Aleksey Smirnov Putinlə görüşdə deyib.

"Vilayətdən olan 2 minə yaxın insanın taleyi məlum deyil", o, sözlərinə əlavə edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)