Hadisə

Bakıda vətəndaşın bank hesabından oğurluq edildi

Fevralın 11-də “102-Zəng Mərkəzi” Xidmətinə müraciət edən şəxs üç gün əvvəl bank hesabından oğurluq edildiyini bildirib.

DİN-dən verilən məlumata görə, müraciətlə əlaqədar dərhal Binəqədi rayon Polis idarəsinin 4-cü polis şöbəsinin əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb və M.Ə.Rəsulzadə qəsəbəsi ərazisindəki bankomatların birindən həmin şəxsin hesabındakı 600 manatın çıxarılaraq oğurlandığı müəyyən edilib.

Keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Abşeron rayon sakini R.Qasımov qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)