HI-TECH

İlon Mask: Süni intellekt bəşəriyyətin məhvinə gətirib çıxara bilər

Süni intellektin (Sİ) inkişafı 10-20 faiz ehtimalla bəşəriyyətin ölümünə səbəb ola bilər.

ENA.az “Business Insider”ə istinadən xəbər verir ki, bunu amerikalı milyarder və sahibkar İlon Mask ABŞ-nin Los-Anceles şəhərində keçirilmiş “Sİ haqqında böyük müzakirələr” seminarında söyləyib.

“Düşünürəm ki, onun (Sİ – red.) bəşəriyyəti məhv edəcəyi ehtimalı var. Mən, yəqin ki, [britaniyalı və kanadalı süni intellekt üzrə alim] Ceffri Hintonla razılaşardım ki, bu, 10 və ya 20 faiz və ya daha çoxdur”, – Mask bildirib.

Bununla yanaşı, biznesmen hesab edir ki, bu cür texnologiyaların inkişafı hələ də davam etdirilməyə dəyər, çünki bu məsələdə müsbət ssenarilər mənfi olanları üstələyir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)