Bank

“Bank of Baku”nun Müşahidə Şurasına təyinat

“Bank of Baku” ASC-nin Müşahidə Şurasının yeni üzvü seçilib.

Yeni üzv, əvvəllər adıçəkilən bankın İdarə Heyətinin sədri olmuş Filiz Yunus Emre Alidir.

Bununla da Müşahidə Şurasının üzvləri bir sədr Elçin İsayev olmaqla 4 üzvdən ibarətdir. Üzvlər – Arda Eromi, Maşallah Saleh oğlu, İlqar Əliyev Fəyyaz oğlu, Yunus Emre Ali Filizdir.

Y.Emre 2021-ci ilin martından 2024-cü ilin martına qədər Bankın İdarə Heyətinin sədri olub. 2015-ci ildən 2021-ci ilə qədər isə “Bank of Baku”nun əsas səhmdarı olan Türkiyənin “NAB Holding” tərəfdən Müşahidə Şurası üzvi kimi çıxış edib.

Xatırladaq ki, “Bank of Baku” 1994-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 52,9 milyon manatdır. Bankın səhmlərinin 35 %-i Türkiyənin “NAB Holding”inə, 31,1 %-i Hikmət Abuzər oğlu İsmayılova (“Azsığorta” ASC-nin 100 %-lik, “AFB Bank” ASC-nin isə 99,6 %-lik səhmdarı), 28,9 %-i “Azpetrol Neft Şirkəti” MMC-yə, 5 %-i isə Elçin Həmid oğlu İsayevə (Müşahidə Şurasının sədri) məxsusdur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)