Azərbaycana 218 milyon dollarlıq maşın idxal edib
2024-cü ilin yanvar-fevral aylarında Azərbaycana $247 milyon 612,64 min dəyərində (artım 24,2%) 13299 ədəd avtomobil nəqliyyatı vasitəsi (azalma 4,6%) idxal edilib.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, hesabat dövründə respublikaya gətirilən avtomobil nəqliyyatı vasitələrinin böyük hissəsi – $217 milyon 721,19 min dəyərində (artım 24,2%) 12023 ədəd avtomobil (azalma 7,2%) sərnişin daşımaları üçün minik avtomobillərinin və digər motorlu nəqliyyat vasitələrinin payına düşüb. Həmçinin $22 milyon 852,28 min dəyərində 541 ədəd elektrokar və $82 milyon 728,5 min dəyərində 2571 ədəd hibrid avtomobil gətirilib.
Bundan başqa, ölkəyə yük daşımaları üçün nəzərdə tutulmuş $22 milyon 526,61 min dəyərində (artım 66%) 1185 ədəd motorlu nəqliyyat vasitəsi (artım 36%), o cümlədən $6 milyon 335,08 min dəyərində 67 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsi (azalma 23,9%) gətirilib.
Hesabat dövründə respublikaya 10 və daha artıq şəxsin daşınması üçün $1 milyon 29,75 min dəyərində 24 ədəd motorlu nəqliyyat vasitəsi (azalma 17,2%) gətirilib.
2023-cü ildə Azərbaycana $1 milyard 680 milyon 652,85 min dəyərində 95,971 min ədəd avtomobil nəqliyyatı vasitəsi idxal edilib.