Rəsmi

Prezident təqaüdü artırıldı

Prezidentin digər bir Sərəncamı ilə, Prezident təqaüdünün məbləği 185 manatdan 210 manata qaldırılıb.

"BI" xəbər verir ki, bu gün İlham Əliyevin imzaladığı Fərman ilə “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli Fərmanında dəyişiklik edilib.
“Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli Fərmanının  1-ci hissəsində “185 (yüz səksən beş)” sözləri “210 (iki yüz on)” sözləri ilə əvəz edilsin",- Fərmanda deyilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department