Tələbələrin təqaüdləri artırıldı - MƏBLƏĞLƏR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında" Sərəncam imzalayıb.
"BI" xəbər verir ki, Sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə dövlət qayğısını artırmaq və onların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə qərara alıram:
1. Dövlət büdcəsinin vəsaiti hesabına doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlər aşağıdakı məbləğlərdə müəyyən edilsin:
Eləcə də bax: “Müalicə işi” ixtisası ləğv edilib? - RƏSMİ CAVAB
1.1. Doktorantura pilləsi üzrə:
-elmlər doktoru hazırlığı üzrə doktorantlara - 300 manat
-fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara - 180 manat
1.2. ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasında:
-adlı təqaüd alan tələbələrə – 170 manat
magistratura səviyyəsi üzrə:
-akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 145 manat
-akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 120 manat
-akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 80 manat
bakalavriat səviyyəsi üzrə:
-akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 130 manat
-akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 110 manat
-akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 75 manat
1.3. orta ixtisas təhsili müəssisələrində:
akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 75 manat
akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 60 manat
akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 50 manat
1.4. Peşə təhsili müəssisələrinin tələbələrinə – 50 manat.