HI-TECH

Sosial şəbəkələrin çökməsi ilə bağlı - Rəsmi açıqlama

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti feysbuk və instaqramın çökməsi ilə bağlı məlumat yayıb.

Qurumdan bildirilib ki, sözügedən problem qlobal xarakter daşıyır və hələ ki problemin əsas səbəbi barədə xidmət təchizatçılarından açıqlama verilməyib.

“Problem lokal xarakter daşımadığından hesablarına daxil olmaqda çətinlik çəkən səhifə sahiblərinin və vətəndaşların narahatlığına heç bir əsas yoxdur. Tərəfimizdən dövlət qurumlarının elektron hesabları daimi monitorinq və nəzarət altında saxlanılır” - məlumatda bildirilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)