Elm və Texnologiya

Qarabağ Universitetində müəllimlərin maaşları ortalamadan yüksək olacaq

Qarabağ Universitetində müəllimlərin maaşları ortalamadan yüksək olacaq.

Bunu elm və təhsil naziri Emin Əmrullayev brifinqdə deyib.

O bildirib ki, Qarabağ Universitetində əməkhaqlarının orta göstəricidən bir neçə dəfə yüksək olması nəzərdə tutulur:

“Çünki yalnız bu halda istedadlı adamları ora apara bilərik. Vakansiyalara gəldikdə isə bu tamamilə şəffaf proses olacaq. Xaricdə təhsil alan təhsil işçilərinin Azərbaycana, Qarabağa qayıtması bizim əsas hədəflərimizdəndir”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)