Aqrar

Zaur Mikayılov: "Yerüstü su ehtiyatlarının 70 %-i qonşu ölkələrdən daxil olur"

Azərbaycanda su ehtiyatı məhduddur. Ölkənin yerüstü su ehtiyatları 30 milyard kubmetrdir ki, bunun da 30 %-i respublikada formalaşır, 70 %-i isə qonşu ölkələrdən daxil olur.

Bunu Milli Məclisdə "Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar" mövzusunda keçirilən dinləmələrdə parlamentin Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov bildirib.

Agentlik rəhbəri bildirib ki, son illər baş verən iqlim dəyişiklikləri səbəbindən respublikamızda yerüstü su ehtiyatları kəskin azalıb, 2022-ci ildə cəmi 17 milyard kubmetr təşkil edib:

"Bu, çoxillik planlarımızın 17 %-dir. Bunun da 4,8 milyard kubmetri daxildə formalaşıb, qalanı isə qonşu ölkələrdən daxil olub. Yeni su mənbələrinin yaradılması tələb olunur. Tullantı suların təchizatının yaxşılaşdırılması bizim siyasətin prioritet istiqamətlərindəndir".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)