BOKT-un direktoru işdən ayrılıb
"Premier Lizinq" MMC-nin direktoru Natiq Öməroğlu işdən çıxıb.
Bİ.az xəbər verir ki, lizinq şirkətinə rəhbərlik Nicat Baxşəliyevə həvalə olunub.
Xatırladaq ki, N.Baxşəliyev "Premier Kredit" MMC bank olmayan kredit təşkilatına (BOKT) da müvəqqəti (təxminən 1 ay) rəhbərlik edib. Adları çəkilən maliyyə qurumları eyni şəxslərə məxsusdur.