İstanbulla bağlı Prezident qərar verdi
Zəlzələdən sonra İstanbulun yenidən qurulması üçün Prezident qərarı verilib. ENA.az xəbər verir ki, rəsmi qəzetin məlumatına görə, İstanbulda həyata keçiriləcək şəhər transformasiyası çərçivəsinə düşənlərə 700 min TL qrant və 700 min TL kredit veriləcək.
Evləri bu qərara düşən kirayəçilərə 100 min TL ödənişsiz kirayə dəstəyi veriləcək. Transformasiyaya məruz qalan iş yerləri üçün 350 min TL-yə qədər qrant və 350 min TL-yə qədər kredit veriləcək.