Sənaye

Azərbaycan şokolad almağa 49 milyon dollar xərcləyib. Ən böyük tədarükçü kimdir?

Azərbaycan 2023-cü ildə şokolad almağa 49 milyon dollar xərcləyib. Bu xərclər 2022-ci illə maqayisədə 3,7% çoxdur. ENA.az xəbər verir ki, bu müddətdə ölkəyə 23 min 469,4 ton şokolad alıb. Çəki ifadəsində osə 2022-ci illə müqayisədə 2,5% azalma var. Deməli, çəkilən əlavə xərc şokoladın ) 48 milyon 919,8 min dollar (artım 3,7%) dəyərində şokoladın bahalaşması ilə bağlıdır. 

Rusiya Azərbaycana ən böyük şokolad tədarükçüsü olaraq qalır. O cümlədən, son bir ildə Rusiya Federasiyasından 19 milyon 620,53 min dollar (azalma 7,1%) dəyərində 9,895 min ton (artım 0,4%) şokolad idxal edilib. Ümumilikdə, 2023-cü ildə Azərbaycana şokolad idxalının 42,2%-i Rusiya Federasiyasının payına düşüb.

Azərbaycana digər əsas şokolad tədarükçüsü Ukrayna olub. 2023-cü il ərzində 10 milyon 368,61 min dollar dəyərində bu məhsulların 4,569 min tonu Ukraynadan idxal edilib.

Eyni zamanda, Azərbaycan 2023-cü ildə 1 milyon 132,68 min dollara (azalma 45,8%) 606,18 ton (azalma 45,6%) şokolad ixrac edib.
 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)