Azərbaycan son 6 ildə Almaniyaya ən çox fındığı keçən il satıb - Destatis
Almaniya 2023-cü ildə Azərbaycandan 4,2 min tona yaxın qabığı təmizlənmiş meşə findığı idxal edib ki, bu da son 6 il ərzində maksimum göstəricidir. Almaniya Federal Statistika İdarəsinin (Destatis) məlumatına görə, 2022-ci illə müqayisədə idxal 73,5% artıb. Hesabat dövründə tədarükün dəyəri 65,7% artaraq təxminən 23,7 milyon avro təşkil edib.
2023-cü ilin dekabr ayında Azərbaycan Almaniyaya 246 tona yaxın meşə fındığı (illik müqayisədə azalma 26,2%) ixrac edib. İxracın həcmi dəyər ifadəsində 17,6% azalaraq 1,5 milyon avro təşkil edib.
Almaniya Federal Statistika İdarəsinin məlumatına görə, 2023-cü ildə Azərbaycan Türkiyə (256,4 milyon avro dəyərində 45,3 min ton), İtaliya (95,8 milyon avro dəyərində 10,2 min ton) və Çilidən (45,5 milyon avro dəyərində 5,9 min ton) sonra Almaniyaya qabığı təmizlənmiş meşə fındığının 4-cü iri tədarükçüsü olub.