Rəsmi

Prezident İlham Əliyev qanun imzalayıb

Prezident İlham Əliyev “Aviasiya haqqında” Qanun imzalayıb. Sənəd dövlət başçısının saytında dərc olunub.

Bu Qanun Azərbaycan Respublikasının hava məkanından istifadəni və aviasiya sahəsində fəaliyyəti tənzimləyir, aviasiyada təhlükəsizliyin, o cümlədən dövlətin müdafiəsinin, əhalinin və iqtisadiyyatın hava daşımaları və aviasiya işləri ilə əlaqədar ehtiyaclarının təmin edilməsi üçün həyata keçirilən tədbirlərin hüquqi və təşkilati əsaslarını müəyyən edir.

Qanun 15 fəsil və 68 maddədən ibarətdir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)