"Azərbaycan yanvarda neft hasilatının azaldılması ilə bağlı öhdəliklərini 15% yerinə yetirib"
Qeyri-OPEC ölkələri yanvar ayında neft hasilatının azaldılmasına dair sövdələşmə çərçivəsində öhdəliklərini 25% yerinə yetirib.
Bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) aylıq hesabatında deyilir.
Belə ki, qeyri-OPEC ölkələri sazişin qüvvədə olduğu birinci ay gündəlik hasilatı 18,8 mln. bareldən 18,7 mln. barelədək azaldıb. Rusiya sövdələşmə üzrə öhdəliklərini 18%, Azərbaycan 15%, Bruney 51%, Oman, Bəhreyn və Meksika isə öhdəliklərini artıqlaması ilə yerinə yetirib.