TURİZM

Britaniyanın Azərbaycandakı səfiri AZAL-ın "kapitanı" oldu - VİDEO

Böyük Britaniyanın Azərbaycandakı Səfirliyinin təşəbbüsü ilə “Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı ilə London arasında uçuşlarının tezliyinin artırılmasına həsr olunmuş videoçarx hazırlanıb.

Videoda səfir Fergus Auld AZAL-ın uçuş heyətinin kapitanı obrazında çıxış edir. Burada diplomatın Heydər Əliyev Beynəlxalq Aeroportuna gəldiyi, “Boeing Dreamliner 787” təyyarəsinə mindiyi və pilot kabinəsinə baş çəkdiyi əks olunur.

“Böyük Britaniyanın Azərbaycandakı səfiri kimi mən bu ilin mart ayından etibarən Bakı ilə London arasında AZAL-ın uçuşlarının sayının artmasını və həftədə altı reysə çatdırılmasını məmnuniyyətlə qarşılayıram”, — deyə səfir bildirib.

Onun sözlərinə görə, yeni reyslər iki ölkə arasında qarşılıqlı münasibətlərin möhkəmlənməsinə töhfə verəcək, ticarət, turizm, mədəniyyət və təhsil sahələrində əməkdaşlıq üzrə geniş imkanlar yaradacaq.

Bu video Azərbaycan ilə Böyük Britaniya arasında aviasiya əlaqələrinin möhkəmlənməsini, həmçinin aviadaşımaların inkişafının əhəmiyyətini vurğulayır.

AZAL martın 17-dən London Qetvik Hava Limanına yeni reyslər həyata keçirməklə Bakı-London-Bakı marşrutu üzrə uçuşların tezliyini həftədə 6 reysə çatdıracaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)