Azərbaycanda “Youtube”dan istifadə kəskin azalıb
Ötən il ərzində Azərbaycanda “Youtube”dan istifadə kəskin azalıb.
“Statcounter”in məlumatına əsasən, belə ki, ötən il ərzində ən çox “Youtube”dan istifadənin qeydə alındığı fevral ayı ilə müqayisədə il ərzində, xüsusən də dekabrda Azərbaycanda bu sosial şəbəkədən istifadədə kəskin azalma qeydə alınıb.
Belə ki, ötən ilin fevralında Azərbaycanda “Youtube”dan istifadə 23.49 faiz olsa da, dekabrda bu rəqəm 11.67 faizə düşüb.