Əsas məzmuna keç
Bakı +8°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Hi-Tech

İlon Maskın kosmik məlumat mərkəzi layihəsinə rəsmi icazə verilib

İlon Maskın kosmik məlumat mərkəzi layihəsinə rəsmi icazə verilib
ENA.az-ı Google-da seçilmiş mənbə edinXəbərlərimiz Google axtarışında sizə daha tez görünsünƏlavə et

SpaceX-in kosmosda məlumat mərkəzi layihəsinə ABŞ-dan razılıq verilib

ENA.az xəbər verir ki, ABŞ Federal Rabitə Komissiyası (FCC) “SpaceX” şirkətinin kosmosda məlumat mərkəzləri yaratmaq məqsədilə bir milyona qədər peyk buraxmaq müraciətini təsdiqləyib.

Qərar ABŞ-da orbitdə məlumat mərkəzləri şəbəkəsinin yaradılması üçün verilən ilk icazədir. “Starmind” adlandırılan peyk sistemi süni intellekt hesablamalarına artan tələbatı qarşılamaq və böyük həcmdə məlumatları kosmosda emal etmək üçün nəzərdə tutulub.

FCC-nin qərarına əsasən, peyklər Yer səthindən təxminən 500–1 002 kilometr yüksəklikdə yerləşdiriləcək. Onların əsasən bir-biri ilə lazer-optik rabitə vasitəsilə əlaqə saxlaması, “Starlink” şəbəkəsindən isə ehtiyat rabitə və idarəetmə üçün istifadə etməsi planlaşdırılır.

Reuters-in məlumatına görə, “SpaceX” ilk peyki 2033-cü ilin noyabrınadək orbitə çıxarmalı, 2035-ci ilin noyabrınadək isə peyklərin sayını 100 minə çatdırmalıdır. Təsdiqlənmiş ümumi sayın yarısının orbitə yerləşdirilməsi üçün son tarix 2038-ci ilin noyabrıdır.

Bununla belə, layihənin tam miqyasda həyata keçirilməsi hələ də texniki və iqtisadi çətinliklərlə bağlıdır. Peyklərin istehsalı və orbitə çıxarılması xərclərinin azaldılması, kosmosda prosessorların soyudulması və orbital sıxlıq kimi məsələlər həllini gözləyir. “SpaceX”in planı, həmçinin şirkətin hazırladığı “Starship” raketinin buraxılış xərclərini aşağı salmasından asılıdır.

“Amazon” və “Viasat” kimi şirkətlər layihəyə etiraz edərək orbital sıxlıq, kosmik tullantılar və radio müdaxiləsi ilə bağlı narahatlıqlarını bildiriblər.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə