BİZNES

BVF-nin Azərbaycan iqtisadiyyatına dair proqnozları necədir?

Beynəlxalq Valyuta Fondu (BVF) ölkəmizdə ÜDM artımı ilə bağlı proqnozlarını açıqlayıb. 2029-2032-ci illərdə Azərbaycanın ÜDM artımını illik 2,4%-dən yuxarı səviyyədə proqnozlaşdırır.

Belə məlumatlar BVF-nin 2023-cü ilin noyabrında IV Maddə üzrə Azərbaycan hakimiyyəti ilə apardığı məsləhətləşmələrin nəticələrinə əsaslanan hesabatında təqdim olunub.

BVF-nin proqnozuna görə, 2024-2028-ci illərdə Azərbaycan iqtisadiyyatının orta illik artım tempi 2,3% təşkil edəcək.

Fondun baza ssenarisinə əsasən, 2029-2030-cu illərdə Azərbaycanda ÜDM-in artımı ildə 2,4%, 2031-2032-ci illərdə isə artım tempi ildə 2,5%-ə qədər sürətlənəcək.

2023-cü ildə Azərbaycanda ÜDM artımı 1,1% təşkil edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)